Avropa İttifaqının rəsmisi Ermənistan XİN başçısı ilə müzakirə aparıb
Tarix: 22-04-2022 15:38 | Bölmə: Dünya
Avropa İttifaqının rəsmisi Ermənistan XİN başçısı ilə müzakirə aparıb

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Ermənistana səfərə gedib.

“Sputnik Armenia” xəbər verir ki, o, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Tərəflər aprelin 6-da Brüsseldə keçirilən görüşün yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

Onlar həmçinin regionun iqtisadi və nəqliyyat infrastrukturunun açılması barədə fikir mübadiləsi aparıblar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər