Conson Hindistanda: "Putin ukraynalıları çökdürə bilməyəcək"
Tarix: 22-04-2022 17:55 | Bölmə: Dünya
Conson Hindistanda: "Putin ukraynalıları çökdürə bilməyəcək"

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynadakı müharibənin 2023-cü ilin sonuna qədər davam edə biləcəyi ilə bağlı real ehtimalın olduğunu, lakin Rusiya Prezidenti Vladimir Putinin ukraynalıları çökdürmək cəhdinə müvəffəq olmayacağını deyib.

Bu barədə Britaniya Baş naziri Hindistanda mətbuat konfransında bildirib.

“Kədərlisi odur ki, bu, real ehtimaldır”, - Conson Qərb rəsmilərinin "Putinin müharibədə qalib gəlmək iqtidarında olması" və müharibənin 2023-cü ilin sonuna qədər davam edib-etməməsi ilə bağlı suala cavabında qeyd edib.

Baş nazir vurğulayıb ki, Putinin böyük ordusu var: “O, çox çətin siyasi mövqedədir, çünki böyük səhvə yol verib. İndi onun yeganə variantı ukraynalıları darmadağın etməyə çalışan artilleriyadan istifadə etməyə davam etməkdir”.

Conson vəziyyətin qeyri-müəyyən olduğunu diqqətə çatdırıb. Baş nazir ukraynalıların qəhrəmanlığını və döyüş əzmini yüksək qiymətləndirib.

“Vladimir Putin qarşıdakı bir neçə ayda hansısa hərbi üstünlük əldə edə bilsə də, o, Ukrayna xalqının ruhunu fəth edə bilməyəcək. Bu, sadəcə müşahidə olunan faktdır. Əksinə, onun hər gün törətdikləri Ukrayna xalqında müqavimət göstərmək istəyini gücləndirir”, - Boris Conson diqqətə çatdırıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər