Çoxsaylı itki verən ruslar yenidən hücuma keçib
Tarix: 23-04-2022 10:14 | Bölmə: Dünya
Çoxsaylı itki verən ruslar yenidən hücuma keçib

Rusiya Ukraynanın Skadovsk rayonunda “S-300VM” zenit kompleksi batereyası yerləşdirib. İzyumun cənubunda isə hücuma keçib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Rusiya Silahlı Qüvvələrinin Slobojansk və Donetsk istiqamətlərində fəallaşdığını bildirən Baş Qərargahın məlumatına görə, Buça şəhərində vəhşiliklərin, qətliamın törədilməsində iştirak edən 64-cü motoatıcı briqadanın taboru İzyum ərazisində itki ilə üzləşib.

Mariupolda “Azovstal” ərazisində Ukrayna müdafiəçilərinin mühasirəsinin davam etdiyi və Rusiya qüvvələrinin bölgəyə havadan zərbələr endirdiyi bildirilir.

Qeyd olunur ki, Rusiyanın “Vaqner” özəl hərbi birləşməsi taqımının 200-dək şəxsi heyətinin hazırlığı başa çatıb və onları Novobaxmutovkaya yerləşdiriblər.

Rusiya silahlıları Xerson vilayətində mövqelərini gücləndirmək istəsə də, əhəmiyyətli sayda hərbi texnika itkisinə məruz qalırlar.

Məlumata görə, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində Rusiyanın 9 tankını, 18 zirehli texnikasını, 13 avtomobil texnikasını, yanacaq daşıyan maşınını və 3 artilleriya sistemini sıradan çıxarıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər