İranda generalın oğlu öldürülüb
Tarix: 23-04-2022 14:38 | Bölmə: Dünya
İranda generalın oğlu öldürülüb

İran İnqilab Keşikçiləri Qvardiyasının Sistan-Bəlucistan əyalətindəki bölmələrinin komandanının müavini general Pərviz Absalanın oğlu Mahmud Absalan naməlum şəxslər tərəfindən öldürülüb.

ILNA xəbər verir ki, hadisə əyalətin mərkəzi Zahidan şəhərində olub.

Məlumata görə, hadisə baş verən zaman Mahmud Absalan Zahidandakı nəzarət-buraxılış məntəqələrindən birində olub. Bildirilib ki, avtomobillə keçən naməlum şəxslər atəş açaraq onu öldürüblər. Mahmud Absalan İnqilab Keşikçiləri Qvardiyasının generallarından birinin mühafizəçisi işləyirmiş.

Sistan-Bəlucistan əyaləti valisinin müavini Əlirza Mərhəməti hücum etməkdə şübhəli bilinənlər Zahidan şəhərinin girişindəki nəzarət buraxılış məntəqəsində tutulublar/Report.

Qeyd edək ki, Sistan-Bəlucistan İran üçün gərginlik mənbələrdəndir. Bu əyalət Əfqanıstan və Pakistanla həmsərhəddir. Hər üç ölkənin sərhədində əsasən, bəluclar yaşayır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər