20 ölkənin müdafiə nazirləri Ukraynaya görə toplanacaq
Tarix: 23-04-2022 17:02 | Bölmə: Dünya
20 ölkənin müdafiə nazirləri Ukraynaya görə toplanacaq

Aprelin 26-da 20 ölkədən olan nümayəndə Ukraynaya hərbi yardımla bağlı ABŞ-ın təşkil etdiyi məsləhətləşmələrdə iştirak edəcək.

Bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

Görüş Almaniyada, ABŞ Hərbi Hava Qüvvələrinin Ramştayn bazasında baş tutacaq, onu ABŞ-ın müdafiə naziri Lloyd Ostin keçirəcək.

Pentaqonun sözçüsü brifinqdə bildirib ki, 40 ölkəyə dəvət göndərilib və onlardan 20-si iştirakını təsdiqləyib. Kirbi qeyd edib ki, görüşdə həmçinin Ukraynanın hərbi sferasının modernləşdirilməsi də müzakirə olunacaq. Onun sözlərinə görə, təhlükəsizlik təminatları müzakirə edilməyəcək.

Bildirilib ki, tədbir NATO-ya üzv ölkələrin qatılması ilə məhdudlaşmadığından Alyansdankənar dövlətlərin də iştirakı istisna edilmir.

Almaniyanın “Bild” nəşrinin yazdığına görə, müzakirələr üç mövzu ətrafında aparılacaq: "Ukraynada döyüş meydanlarındakı mövcud vəziyyət; Rusiyanın hərbi hücumlarını dəf etmək üçün Ukraynaya lazım olan silah təchizatı; Rusiya qoşunlarının ölkədən çıxarılması halında müharibədən sonrakı nizam".(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər