Tbilisidə ermənilərin keçirdiyi aksiya başa çatıb
Tarix: 24-04-2022 17:11 | Bölmə: Dünya
Tbilisidə ermənilərin keçirdiyi aksiya başa çatıb

Tbilisidə Türkiyənin Gürcüstandakı səfirliyinin binası yaxınlığında qondarma “erməni soyqırımı”nın ildönümü ilə əlaqədar keçirilən aksiya başa çatıb.

Reyting.az
Report-a istinadla xəbər verir ki, iştirakçılar Türkiyəni sözdə soyqırımını tanımağa çağırıblar.

Polis aksiya zamanı ictimai asayişi təmin edib, heç bir insident baş verməyib.

Qeyd edək ki, aksiyada Azərbaycan və Türkiyə əleyhinə olan plakatlar, həmçinin tarixə qovuşmuş qondarma rejimin “bayraq”ları ölkəmizin Gürcüstandakı səfirliyinin məsələyə çevik müdaxiləsindən sonra yığışdırılıb.

Belə ki, diplomatik nümayəndəliyimiz Gürcüstanın aidiyyəti dövlət qurumlarını ermənilərin təxribatçı hərəkətləri barədə dərhal məlumatlandırıb. Bəzi aksiya iştirakçıları təxribatlarını davam etdirərək endirilən bayraqları çiyinlərində gəzdiriblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər