Rusiya Lvovda dəmir yoluna raket zərbəsi endirib
Tarix: 25-04-2022 15:25 | Bölmə: Dünya
Rusiya Lvovda dəmir yoluna raket zərbəsi endirib

Rusiya Ukraynanın Lvov regionunda dəmir yolu infrastrukturuna raket zərbəsi endirib.

Bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 08:30-da Lvov regionunun Krasne dəmir yolu stansiyasının yarımstansiyasına raket zərbəsi endirilib. Zərbədən sonra ərazidə yanğın baş verib.

“Lvov regionu ərazisində bir raket Qərb Aviasiya Komandanlığının HHM qüvvələri tərəfindən məhv edilib. Raketlər cənub-şərq istiqamətindən Ukraynanın qərbinə uçublar. Rusiya işğalçıları onları strateji təyyarədən atıblar, ehtimal ki, Tu-95. Məlumat aydınlaşdırılır”, - deyə bəyanatda bildirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər