Bayden Ukrayna səfiri vəzifəsinə namizəd irəli sürüb
Tarix: 25-04-2022 16:11 | Bölmə: Dünya
Bayden Ukrayna səfiri vəzifəsinə namizəd irəli sürüb

ABŞ Prezidenti Cozef Bayden Ukrayna səfiri vəzifəsinə namizəd irəli sürüb.

Reyting.az
xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Ned Prays bildirib.

Məlumata görə, bu vəzifəyə namizəd Bridget Brink hazırda ABŞ-ın Slovakiya Respublikasında səfirdir.

O, əvvəllər ABŞ-ın Özbəkistan və Gürcüstandakı diplomatik missiyasında səfirin müavini vəzifəsində işləyib.

Xatırladaq ki, 2019-cu ildən ABŞ-ın Ukraynada səfir yoxdur. Hazırda ABŞ-ın bu ölkədəki səfirliyinə müvəqqəti işlər vəkili Kristina Kvin başçılıq edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər