Ceyms Xippi: "Ukrayna Rusiyadakı obyektlərə zərbə endirməlidir"
Tarix: 26-04-2022 15:35 | Bölmə: Dünya
Ceyms Xippi: "Ukrayna Rusiyadakı obyektlərə zərbə endirməlidir"

"Ukraynanın Rusiyadakı obyektlərə hücumu tamamilə legitimdir".

UNIAN xəbər verir ki, bunu Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Xippi “Times radio”ya müsahibəsində bildirib.

“Məsələ burasındadır ki, Ukrayna öz sərhədləri daxilində dinc yaşayan suveren dövlət idi. Başqa bir ölkə 130 minlik qoşunu ilə onun sərhədlərini pozmaq qərarına gəlib. Bu, Ukrayna ilə Rusiya arasında müharibənin başlamasının əsasını qoydu. Ukrayna rəqibin logistika xətlərinə, yanacaq ehtiyatlarına, sursat anbarlarına, dərinliyindəki obyektlərə zərbə endirməlidir. Bu, müharibənin bir hissəsidir”, - o, deyib.

Krallığın müdafiə naziri Ben Uolles isə vurğulayıb ki, Böyük Britaniya Ukraynanın Qərbin silahı ilə Rusiya ərazisinə hücumuna qarşı çıxmayacaq/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər