ABŞ Suriyadakı hərbi bazalarını bərpa edir
Tarix: 27-04-2022 14:53 | Bölmə: Dünya
ABŞ Suriyadakı hərbi bazalarını bərpa edir

ABŞ Suriyanın şimal-qərbindəki Rakka əyalətində boşaltdığı 2 bazada yenidən fəaliyyətə başlayır.

Məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, ABŞ hərbçilərini bu bölgədən 2019-cu ilin oktyabrında Türkiyənin “Barış pınarı” antiterror əməliyyatına başlamazdan bir az əvvəl çıxarmışdı.

Məlumata görə, son aylar Rakkada Rusiya hərbçiləri fəallıq etməyə səy göstərib. Bundan narahat olan ABŞ Rakkanın mərkəzindən 7 km uzaqlıqda yerləşən 17-ci polku və mərkəzdən 50 km aralıda yerləşən Tabka hərbi hava limanındakı bazanı əvvəlki dislokasiya yerinə qaytarmaq niyyətindədir.

Bildirilib ki, ABŞ-ın həmin hərbi bazaları terrorçu PKK qruplaşmasının Suriyadakı YPG/PYD qollarının işğalı altında olan ərazidədir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər