Qazaxıstan Rusiya vətəndaşı erməni teleaparıcını "qara siyahı"ya salacaq
Tarix: 27-04-2022 18:17 | Bölmə: Dünya
Qazaxıstan Rusiya vətəndaşı erməni teleaparıcını "qara siyahı"ya salacaq

Qazaxıstanın Xarici İşlər Nazirliyi Rusiya vətəndaşı rejissor və teleaparıcı Tiqran Keosyanı ölkə üçün “arzuedilməz şəxslər” siyahısına daxil edə bilər.

Bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Aybek Smadiyarov bildirib.

“Onun bəyanatı Rusiyanın müəyyən qrup ictimaiyyəti və siyasi qüvvələrini baxışlarını əks etdirə bilər, ancaq bu, Qazaxıstanla Rusiyanın əməkdaşlıq və dövlət başçıları səviyyəsində əldə edilən razılaşmaların ruhuna ziddir. Belə çıxışlar xoşməramlı qonşuluq mühitini zəhərləyir, strateji tərəfdarların düşmənlərinin əlinə oynayır. Onun adının Qazaxıstan səfəri “arzuedilməz şəxslər” siyahısına daxil ediləcəyi gözlənilir”, - mətbuat katibi vurğulayıb.

Bildirilib ki, Tiqran Keosayan Qazaxıstan hakimiyyətinin Rusiya-Ukrayna münasibəti, mayın 9-da ölkədə paradın keçirilməyəcəyi ilə bağlı qərarlarını özünün yutub kanalında ələ salaraq bildirib: “Qardaş ölkələr Rusiya ilə ABŞ və NATO qarşıdurmasında tutacaqları tərəfi müəyyənləşdirməlidir. Rusiya kimin onunla, bir yerdə olub-olmadığını diqqətlə izləyir”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər