Maya Sandu: "Moldovanın döyüşə hazır ordusu yoxdur"
Tarix: 27-04-2022 21:02 | Bölmə: Dünya
Maya Sandu: "Moldovanın döyüşə hazır ordusu yoxdur"

"Moldova peşəkar və müasir ordunun yaradılması üçün bütün səylərini göstərməlidir".

UNİAN xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu deyib.

Sandu etiraf edib ki, Moldovanın döyüşə hazır ordusu yoxdur: "Ordumuz hərbi texnikasız qalıb. İndi biz bunun nəticələrini kəskin hiss edirik"/Report.

Dövlət başçısı vurğulayıb ki, Moldova hərbi-siyasi vəziyyətin möhkəmləndirilməsində digər neytral dövlətlərin təcrübəsindən öyrənməlidir: "Bu, ölkənin təhlükəsizliyinə və müdafiəsinə qoyulan sərmayədir".

Prezident söz verib ki, silahlı qüvvələrin baş komandanı kimi Moldova ordusunun və milli müdafiə sisteminin modernləşdirilməsi üçün səylər göstərəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər