21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Rusiyanın 900-dən çox rəsmi şəxsinə məhdudiyyət tətbiq olunub
Tarix: 30-09-2022 19:26 | Bölmə: Dünya
Rusiyanın 900-dən çox rəsmi şəxsinə məhdudiyyət tətbiq olunub

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni sanksiyalar Rusiyanın müdafiə və texnologiya sektoruna, eyni zamanda Rusiyanın yüksək səviyyəli rəsmilərinə tətbiq olunur.

Ağ Ev rəsmiləri bildirib ki, Maliyyə Nazirliyi Rusiyaya qeyri-qanuni ilhaqı üçün siyasi və ya iqtisadi dəstək verən hər hansı şirkət, qurum və ya şəxslərə qarşı sanksiyalar və ixrac nəzarəti tətbiq edəcək.

Maliyyə Nazirliyi həmçinin, Rusiya ordusunun tədarük zəncirlərini dəstəklədiyinə görə, 14 beynəlxalq şirkətə qarşı da sanksiya tətbiq edir.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina və bank rəhbərinin birinci müavini Olqa Skoroboqatova, həmçinin Milli Təhlükəsizlik Şurasının üzvlərinin qohumlarına qarşı da sanksiya tətbiq olunur.

Dövlət Departamenti 900-dən çox Rusiya rəsmisinə viza məhdudiyyəti qoyur.

Maliyyə Nazirliyi kommersiya əməliyyatları məhdudlaşdırılan təşkilatlar siyahısına 57 qurumu əlavə edir.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər