Belarus prezidenti gizli səfərbərlik etmək istəyir
Tarix: 14-10-2022 09:21 | Bölmə: Dünya
Belarus prezidenti gizli səfərbərlik etmək istəyir

Belarus prezidenti Aleksandr Lukaşenko gizli səfərbərlik həyata keçirmək istəyir.

Bu barədə “Nasha Niva” nəşrinin “Twitter“ hesabında bildirilib.

"Belarusda səfərbərlik barədə qərar qəbul edilib. Bu, hərbi hazırlığın yoxlanılması adı altında keçiriləcək", - deyə paylaşımda qeyd olunub.

Nəşr əlavə edir ki, Lukaşenko Belarusda döyüş hissələrinin sayını artırmaq üçün gizli səfərbərlik keçirmək barədə fundamental qərar qəbul edib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}