21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Borell: "İrandakı repressiya dərhal dayandırılmalıdır"
Tarix: 14-10-2022 17:30 | Bölmə: Dünya
Borell: "İrandakı repressiya dərhal dayandırılmalıdır"

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Bu barədə Borell "Tvitter"də paylaşım edib.

O, Abdullahiyanla İrandakı daxili durumu müzakirə etdiyini bildirib: “Aİ-nin aydın və vahid mövqeyini bir daha çatdırdım: İranda insanların dinc etiraz və fundamental hüquqları müdafiə etmək hüququ var”.

Borell deyib ki, repressiya dərhal dayandırılmalıdır, etirazçılar azad edilməlidir.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər