21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Tokayev: “Sabitliyi pozan amillərdən biri də ölkələr arasında sərhəd məsələsinin həll olunmamasıdır"
Tarix: 14-10-2022 17:54 | Bölmə: Dünya
Tokayev: “Sabitliyi pozan amillərdən biri də ölkələr arasında sərhəd məsələsinin həll olunmamasıdır"

“Sabitliyi pozan amillərdən biri də regionun ayrı-ayrı ölkələri arasında sərhəd məsələsinin həll olunmamasıdır”.

Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya-Mərkəzi Asiya sammitində deyib.

Onun sözlərinə görə, sərhəd məsələsi sülh yolu ilə, çoxəsrlik dostluq, etimad, mehriban qonşuluq ruhunda, həmçinin beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə ciddi riayət etməklə həll edilməlidir.

Qazaxıstan prezidenti vurğulayıb ki, müasir dünyada informasiya məkanında neqativ halların qarşısının alınması məsələsində qarşılıqlı fəaliyyətin əhəmiyyəti artır: “Nifaq salmaq cəhdlərinin qarşısını almaq üçün aidiyyəti idarələr və ictimai təşkilatlar daha sıx əməkdaşlıq etməli, araşdırmaları daha fəal aparmalıdır. Təəssüf ki, bəzi ölkələrdə dövlət başçılarına qarşı təxribat xarakterli bəyanatlar, əsassız ittihamlar səslənir. Bu da təbii ki, əməkdaşlığımıza zərbə vurur”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər