Türkiyədə kömür mədənində partlayış: ölənlərin sayı 40 nəfərə çatıb - Yenilənib
Tarix: 15-10-2022 13:01 | Bölmə: Dünya
Türkiyədə kömür mədənində partlayış: ölənlərin sayı 40 nəfərə çatıb

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.

Reyting.az
NTV-yə istinadla xəbər verir ki, ilkin məlumata görə, 300 metr dərinikdə baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 21 yaralı var.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

***

Türkiyənin Bartın vilayətindəki mədəndə baş verən partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.


Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.

Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.

***

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb.

Reyting.az
 xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, axtarış-xilasetmə tədbirləri davam edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}