07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Rusiya Kiyevə yenə raket zərbələri endirib, ölən və yaralananlar var
Tarix: 18-10-2022 15:09 | Bölmə: Dünya
Rusiya Kiyevə yenə raket zərbələri endirib, ölən və yaralananlar var

Rusiyanın Ukraynanın paytaxtı Kiyevin energetika infrastrukturuna endirdiyi raket zərbələri nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“RBK-Ukraina" xəbər verir ki, bu barədə Kiyev Şəhər Prokurorluğundan bildirilib/Report.

Məlumata görə, Rusiya işğalçılarının Kiyevə hücumu davam edir.

Kiyev vilayətinin hərbi administrasiyasının başçısı Aleksey Kuleba deyib ki, Rusiya hücuma ara vermir: "Şəhəri enerji ilə təchiz edən Sol Sahildəki obyektlərə 3 raket atılıb".

Xatırladaq ki, ötən gün Ukrayna Prezident ofisinin müşaviri Oliksiy Arestoviç Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Kiyev səmasında Rusiyanın 3 raketinin məhv edildiyini bildirib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}