Moldovada səfərbərlik elan edilə bilər
Tarix: 19-10-2022 08:22 | Bölmə: Dünya
Moldovada səfərbərlik elan edilə bilər

Ukraynadakı hərbi əməliyyatlar sərhədə yaxınlaşarsa Moldovada səfərbərlik elan edilə bilər.

Reyting.az
-ın xəbərinə görə, bunu Moldova televiziyasına müsahibəsində ölkənin müdafiə naziri Anatoli Nosatı deyib.

“Səfərbərlik elan edilməsi üçün Ukrayna cəbhəsində vəziyyətin köklü şəkildə dəyişməsi şərtdir: hərbi əməliyyatlar Moldova sərhədinə yaxınlaşarsa və ya silahlı qüvvələrin kütləvi yerdəyişməsi olarsa səfərbərlik elan edilə bilər”,- deyə nazir bildirib.

A. Nosatı əlavə edib ki, Ukraynadan kütləvi qaçqın axını zamanı da səfərbərlik elan edilməsi istisna olunmur.(APA)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}