Rusiya Qara dənizdə Britaniya təyyarəsinin yaxınlığında raket atıb
Tarix: 20-10-2022 16:21 | Bölmə: Dünya
Rusiya Qara dənizdə Britaniya təyyarəsinin yaxınlığında raket atıb

Rusiya reaktiv təyyarəsi Britaniya Hərbi Hava Qüvvələrinə (RAF) məxsus təyyarə yaxınlığında raket atıb.

Bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

O qeyd edib ki, sentyabrın 29-da Rusiya təyyarəsi Qara dəniz üzərində beynəlxalq hava məkanında patrulluq edən Britaniya təyyarəsi yaxınlığında raket buraxıb.

Rusiya hadisənin texniki nasazlıq olduğunu bildirib.

Ben Uolles bildirib ki, o, narahatlığını ifadə etmək üçün Moskvadakı müdafiə qərargahının rəisinə bunun potensial təhlükəli hərəkətlər olduğunu bildirib/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}