21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Erməni mafiyası Rusiyada daha bir cinayət törədib
Tarix: 20-10-2022 17:24 | Bölmə: Dünya
Erməni mafiyası Rusiyada daha bir cinayət törədib

Rusiyanın İrkutsk şəhərində Ermənistan vətəndaşına işgəncə verərək onu öldürməyə cəhd edən iki nəfər saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə oktyabrın 20-də Rusiya İstintaq Komitəsinin (TFR) regional idarəsi məlumat yayıb.

Məlumata görə, sui-qəsdin təşkilatçısı 35 yaşlı Miro Usuboviç Miroyandır.

Miroyan silahdaşları ilə birlikdə sentyabrın 1-də qurbanı ələ keçirərək ona vəhşicəsinə işgəncələr verməyə başlayıb. Əvvəlcə kişi döyülüb, daha sonra əlləri kəsilib, ayaqlarına atəş açılsa da, sonda zərərçəkən qaça bilib.



Lenta.ru-nun hüquq-mühafizə orqanlarındakı mənbəsinin məlumatına görə, hücum edənlərin hamısı həm də etnik ermənilərdir. Münaqişəyə səbəb 500 min rubl və avtomobil üstündə mübahisədir.

Cinayəti törədənlər qaçmağa çalışsalar da, onlardan ikisi polis və Federal Təhlükəsizlik Xidmətinin regional şöbəsinin əməkdaşları tərəfindən tez bir zamanda saxlanılıb. Məhkəmə iki şübhəlini həbs edib, cinayətin təşkilatçısını axtarırlar. Zərərçəkən erməni isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (“Qətl etməyə cəhd”) ilə cinayət işi açıb.

Ehtimal olunur ki, cinayət İrkutskdakı erməni mafiyası tərəfindən törədilib, səbəb isə pul olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər