Şolts: "Rusiya ilə NATO arasında birbaşa münaqişə olmamalıdır"
Tarix: 22-10-2022 13:57 | Bölmə: Dünya
Şolts: "Rusiya ilə NATO arasında birbaşa münaqişə olmamalıdır"

"Almaniyanın kansleri Olaf Şolts Ukraynadakı hadisələrin Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyinə inanmır, lakin hesab edir ki, Rusiya ilə NATO arasında birbaşa münaqişəyə səbəb ola biləcək addımlara yol vermək olmaz".

TASS xəbər verir ki, bu barədə o, "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.

"Hesab edirəm ki, bu təhlükəni nəzərdən qaçırmamalıyıq. Belə bir təhlükəli vəziyyətdə heç bir düşünülməmiş addım atılmamalıdır. Rusiya ilə NATO arasında birbaşa münaqişə olmamalıdır. Bu məsələdə ABŞ Prezidenti Cozef Bayden ilə eyni fikri bölüşürəm”, - Almaniya hökumətinin başçısı deyib.

O.Şolts Rusiya Prezidenti Vladimir Putinlə danışıqların məzmununu açıqlamaq niyyətində olmadığını da bildirib/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}