07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Qırğızıstanda iğtişaşlar hazırlayan keçmiş dövlət qulluqçuları saxlanılıb
Tarix: 23-10-2022 13:47 | Bölmə: Dünya
Qırğızıstanda iğtişaşlar hazırlayan keçmiş dövlət qulluqçuları saxlanılıb

Qırğızıstan Daxili İşlər Nazirliyi kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinən ondan çox keçmiş yüksək vəzifəli dövlət qulluqçularını saxlayıb.

TASS xəbər verir ki, saxlanılan şəxslərlə bağlı Qırğızıstan Cinayət Məcəlləsinin “Kütləvi iğtişaşlar təşkil etməyə hazırlıq” maddəsi ilə cinayət işi başlanıb.

Xüsusi istintaq hərəkətləri zamanı başlanmış cinayət işi çərçivəsində saxlanılan şəxslərin qanunsuz olaraq hakimiyyəti ələ keçirməklə kütləvi iğtişaşların təşkilində və hazırlanmasında iştirak etmələri barədə sübutlar əldə edilib.

Şübhəlilərin həbsi məsələsinə aparılan məhkəmələrdə qərar veriləcək/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}