Rusiya hərbçiləri Xersonda iki yaşayış məntəqəsindən geri çəkilib
Tarix: 23-10-2022 10:43 | Bölmə: Dünya
Rusiya hərbçiləri Xersonda iki yaşayış məntəqəsindən geri çəkilib

Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin Çarivne və Çkalovo yaşayış məntəqələrini tamamilə tərk ediblər, zabitlər və tibb işçiləri Berislav şəhərindən təxliyə olunublar.

Bu barədə Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayıb.

“Rusiya qoşunlarının əlahiddə bölmələri Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisini tərk etməkdə davam edir”, - məlumatda deyilir.

Qeyd olunur ki, bununla yanaşı, yerli sakinlərdən talan və soyğunçuluq halları da artıb.

Bundan əlavə, Xerson vilayətində talan və qanunsuz hərəkətlərin sayı artıb. Rusiya hərbçiləri yerli əhalinin avtomobillərini ələ keçirərək, Antonovsk körpüsü yaxınlığındakı bərə keçidindən istifadə etməklə şəhəri tərk etməyə çalışırlar.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}