21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Conson baş nazir postu üçün mübarizə aparmayacaq
Tarix: 24-10-2022 08:31 | Bölmə: Dünya
Conson baş nazir postu üçün mübarizə aparmayacaq

Boris Conson Böyük Britaniyanın baş naziri postuna namizədliyini irəli sürməyəcək.

"Reuters" agentliyi bunu Boris Consona istinadla bildirib.

Boris Conson deyib ki, növbəti mərhələyə keçmək üçün kifayət qədər deputatın dəstəyinə malik olsa da, digər namizəd, keçmiş maliyyə naziri Rişi Sunakdan geri qalır.

B. Conson əlavə edib ki, seçkidə uğur qazanmağı üçün çox yaxşı şans var və cümə günü "Dauninq Strit"ə qayıda bilər: “Amma son günlər ərzində mən belə qənaətə gəldim ki, bu, sadəcə olaraq, düzgün iş deyil".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər