Rusiyada İŞİD terror qruplaşmasının üzvləri saxlanılıb
Tarix: 24-10-2022 11:19 | Bölmə: Dünya
Rusiyada İŞİD terror qruplaşmasının üzvləri saxlanılıb

Rusiyanın Pyatiqorsk şəhərində İŞİD terror qruplaşmasının terror aktı cəhdinin qarşısı alınıb.


TASS xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Qeyd olunub ki, polis idarəsi yaxınlığında terror aktı törətmək istəyən İŞİD üzvləri saxlanılıblar.

Məlumata görə, saxlanılanlar əməllərini etiraf ediblər.

Terrorçuların yaşayış evlərində axtarış aparılarkən əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün əldə etdikləri komponentlər və zədələyici elementlər, montaj sxemləri, qadağan olunmuş təşkilatın rəmzləri, məxfi əlaqə vasitələri aşkar edilərək götürülüb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}