11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Kəşfiyyat: "İran Rusiyanı gülləkeçirməz jilet və dəbilqə ilə təmin edəcək"
Tarix: 24-10-2022 18:10 | Bölmə: Dünya
Kəşfiyyat: "İran Rusiyanı gülləkeçirməz jilet və dəbilqə ilə təmin edəcək"

İran Rusiya ordusunu gülləkeçirməz jilet və dəbilqə ilə təmin edəcək.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, yaxın zamanda 3000 ədəd mühafizə dəsti - 1500 gülləkeçirməz jilet, 1500 ədəd "Milad" (İran) istehsalı olan dəbilqənin təhvil verilməsi planlaşdırılır: “Hazırda İran döyüş sursatları 3-cü motoatıcı diviziyasının 1061 logistika mərkəzinin (Soloti/Valuvaika, Belqorod vilayəti) anbarındadır”.

Ukrayna Müdafiə Nazirliyindən o da bildirilib ki, İran hakimiyyəti Rusiyaya yeni tipli PUA - “Arash-2” və İran raketlərinin döyüş istifadəsində kömək etmək üçün yeni məsləhətçilər qrupu göndərməyi də planlaşdırır/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}