21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Şolts: "Rusiyaya sülh şərtlərini diktə etməyə imkan verə bilmərik"
Tarix: 25-10-2022 15:30 | Bölmə: Dünya
Şolts: "Rusiyaya sülh şərtlərini diktə etməyə imkan verə bilmərik"

Almaniya Bundestaqında hamı bu fikirdədir ki, Rusiyaya Ukrayna ərazilərini güc yolu ilə ələ keçirib, sonra sülh şərtlərini diktə etməyə icazə vermək olmaz.

Bunu Almaniya Kansleri Olaf Şolts Berlində Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi üzrə Beynəlxalq Ekspert Konfransı çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Almaniya Kansleri deyib ki, Ukrayna Prezidenti də münaqişənin sülh yolu ilə həll olunması dəstəkləyir.

“Lakin biz Rusiyaya Ukrayna ərazilərini güc yolu ilə ələ keçirib, sonra sülh şərtlərini diktə etməyə imkan verə bilmərik, bu, sadəcə olaraq mümkün deyil. Bundestaqda da eyni fikir var, bütün bunlar bizi birləşdirir”, - Kansler bildirib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər