14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ukrayna ordusu Çeçenistandan olan xüsusi təyinatlıları məhv edib
Tarix: 26-10-2022 12:26 | Bölmə: Dünya
Ukrayna ordusu Çeçenistandan olan xüsusi təyinatlıları məhv edib

Ukraynanın Luqansk vilayətinin Novoivanovka yaşayış məntəqəsinə nöqtəvari artilleriya zərbləri nəticəsində Çeçenistandan olan xüsusi təyinatlıların sursat anbarı və 10-dan çox döyüşçüsü məhv edilib.

Məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri vilayətin Svatovo yaşayış məntəqəsində 10-dək Rusiya hərbçisini və döyüş komplekti ilə yüklənmiş 5 avtomobili məhv edib.

Məlumata görə, son sutkada Rusiya Ukraynanın yaşayış məntəqələrinə 5 raket, 30 aviasiya zərbəsi, reaktiv yaylım atəşi sistemindən yüzdən artıq atəş edilib. 40-dan artıq yaşayış məntəqəsi, o cümlədən Dnepr şəhəri və Dnepropetrovsk vilayəti, Xarkov vilayətinin Prikolotnoye şəhəri, Xerson vilayətinin Bolşaya Aleksandrovka şəhərləri hava hücumuna məruz qalıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri son sutkada Rusiyanın 3 “Ka-52” zərbə heklikopterini sıradan çıxarıblar/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}