21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Parlament sədri: "Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir"
Tarix: 26-10-2022 13:54 | Bölmə: Dünya
Parlament sədri: "Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir"

"Ermənistan KTMT-dən çıxmaq məsələsini müzakirə etmir, reaksiya gözləyir".

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O, Ermənistanın kursu dəyişmək üçün heç nə etmədiyini vurğulayıb.

“Amma bir fakt var ki, Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir. Əgər belədirsə, o zaman KTMT bu barədə İrəvana məlumat verməlidir ki, başqa mexanizmlər tapılsın. Mən gözləyirəm ki, bizim KTMT-dən olan həmkarlarımız və əsas müttəfiqimiz erməni maraqları xəttinin tükəndiyini dərk edir və Ermənistanın artıq geri addım atmaq imkanı yoxdur. Biz Ermənistanın maraqlarını qorumaq üçün hər şeyi edəcəyik”, - Simonyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan təşkilatın reaksiyasını gözləyir, indiki mərhələdə bu, siyasi reaksiyadır.

“Gələcəkdə KTMT-nin regiondan çəkilmək qərarına gəldiyi ortaya çıxsa, o zaman faktla üzləşə bilərik. Amma Ermənistan hakimiyyəti bu gün belə bir məsələni müzakirə etmir. Biz hərəkət gözləyirik, reaksiya gözləyirik. Vəziyyət onu göstərir ki, qərar qəbul etməyimizə çox az vaxt qalıb”, - Simonyan qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər