21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İŞİD İrandakı terror aktının məsuliyyətini üzərinə götürüb
Tarix: 27-10-2022 08:23 | Bölmə: Dünya
İŞİD İrandakı terror aktının məsuliyyətini üzərinə götürüb

İŞİD terror qruplaşması ötən gün İranda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Reyting.az
xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Təşkilatın yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın yaraqlıları ölkənin cənubundakı Şahçeraq ziyarətgahında dindarlara atəş açıb.

Son məlumatlara görə, terror aktı nəticəsində onlarla insan həlak olub və yaralanıb.

Daha əvvəl İranın bir sıra mətbu orqanları terror aktında xarici ölkə vətəndaşının iştirak etdiyini bildiriblər. “Mehr” agentliyi ölkənin hakimiyyət nümayəndələrinə istinadla xəbər verib ki, çərşənbə günü günortadan sonra üç silahlı naməlum şəxs Şahçerah məqbərəsinə soxularaq azı 20 nəfəri öldürüb, çoxlu sayda insan isə yaralanıb.

Təhlükəsizlik qüvvələrinin hücumda əli olmaqda şübhəli bilinərək iki silahlını saxladığı, üçüncünün isə hələ də azadlıqda olduğu qeyd edilib.

Agentliyin məlumatına görə, hücumu ölkədəki son iğtişaşlardan istifadə edən terrorçular həyata keçirib.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər