Putin KTMT-nin iclasına qatılacaq - Ermənistana yardım göndərilməsi müzakirə olunacaq
Tarix: 27-10-2022 16:54 | Bölmə: Dünya
Putin KTMT-nin iclasına qatılacaq - Ermənistana yardım göndərilməsi müzakirə olunacaq

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar sammitinə videokonfrans formatında qatılacaq.

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Bildirilib ki, sessiyada 2022-ci il sentyabrın 15-də KTMT-nin Ermənistana göndərilmiş missiyasının işinin yekunu ilə bağlı müzakirə planlaşdırılıb.

Qeyd olunub ki, toplantıda Ermənistana yardım göndərilməsi üzrə birgə tədbirlərə də baxılacaq.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}