16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Hindistanda körpünün uçması nəticəsində çoxsaylı insan ölüb - Video
Tarix: 31-10-2022 08:35 | Bölmə: Dünya
Hindistanda körpünün uçması nəticəsində çoxsaylı insan ölüb

Hindistanın Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində çoxsaylı insan tələfatı baş verib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə zamanı Maççxu çayı üzərindəki Morbi körpüsünün üzərində 500-ə yaxın insan olub. Bu zaman körpü dağılıb və 100-dən çox insan su altında qalıb.

Məlumata görə, körpünün uçması nəticəsində azı 120 nəfər ölüb.

Bu barədə “France-Presse”ə ştatın polis rəisi bildirib. O, ölü sayının artacağını istisna etməyib.

***

Son məlumatda bildirilir ki, kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 141-ə yüksəlib.


Bu barədə yerli NDTV məlumat yayıb.

Bildirilib ki, itkin düşənlərin axtarışı davam edir. Ölənlərin sayının artacağı istisna edilmir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}