Ərdoğan: "Türkiyə əsri”ni ortaq gələcəyimizin vizyonu olaraq görürük"
Tarix: 31-10-2022 13:28 | Bölmə: Dünya
Ərdoğan: "Türkiyə əsri”ni ortaq gələcəyimizin vizyonu olaraq görürük"

"Keçdiyimiz günlərdə təqdim etdiyimiz “Türkiyə əsri” ortaq gələcəyimizin vizyonu olaraq görürük".

Bu barədə İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib

O qeyd edib ki, Türkiyə Balkanlardan Orta Asiya, Qara Dənizdən Afrikaya qədər dostları ilə ortaq xəyallarını paylaşır.

“Səhiyyə sistemini “Türkiyə əsri”mizin ən iddialı sahələrindən birini olaraq təyin etdik. Vətəndaşlarımızın istehlak etdiyi hər 100 dərmandan 89-nu yerli istehsalla təmin edirik. Məqsədimiz “Türkiyə əsri” vizyonu çərçivəsində “Health Türkiye” brendi ilə ölkəmizi beynəlxalq səhiyyə xidmətləri sahəsində zirvəyə çatdırmaqdır”.

Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə COVİD-19 pandemiyası ilə həm öz vətəndaşlarına xidmət göstərərək, həm də 161 ölkə və 12 beynəlxalq təşkilata kömək etməklə mübarizə aparıb/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}