17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ərdoğan: “Praqada kiminlə görüşdümsə, Putinin əleyhinə danışırdı"
Tarix: 02-11-2022 23:31 | Bölmə: Dünya
Ərdoğan: “Praqada kiminlə görüşdümsə, Putinin əleyhinə danışırdı"

“Praqada kiminlə görüşdümsə, Putinin əleyhinə danışırdı. Mən də dedim ki, yanlış edirsiniz. Rusiya kimi bir dövlətin başçısına hər yerdə belə mənfi yanaşsanız, o da bir lider olaraq öz duruşunu özünü əzdirmədən göstərəcək”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ATV telekanalına müsahibəsində deyib.

O bildirb ki, heç bir lider belə hücumlara göz yummaz: "Bir lider olaraq sizə hücumlar edilsə, siz buna göz yumarsınızmı? Etməzsiniz. Mənə qarşı edilsə, mən də etmərəm. Nə lazımdırsa, onu da edərəm. Cənab Putinin də etdiyi budur. Dünyada 3-5 hörmətli ölkələrdən olan Rusiyanın başçısı olacaqsınız və sonra durub belə hücumlara göz yumacaqsınız. Mümkün deyil”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}