İmran Xana sui-qəsd olub - Fotolar (Yenilənib)
Tarix: 03-11-2022 19:10 | Bölmə: Dünya
İmran Xana sui-qəsd olub

Pakistanın keçmiş baş naziri İmran Xanı öldürmək istəyiblər.

Reyting.az
TRT-yə istinadla xəbər verir ki, sabiq baş nazirin seçki konvoyuna silahlı hücum olub.

Açılan atəş nəticəsində İmran Xan baldır nahiyyəsindən vurulub, atəş açan şəxs isə saxlanılıb.

Məlumata görə, İmran Xana 3 güllə sıxılıb.

Məlumata görə, hadisə zamanı 4 nəfər yaralanıb.

İmran Xanın hadisədən dərhal sonra xəstəxanaya çatdırıldığı, səhhətinin isə qaydasında olduğu bildirilir.

***

İmran Xanı öldürməyə cəhd edən şəxsin adı açıqlanmasa da, onun ilk ifadəsi yayılıb: "İmran Xan insanları yanlış yönləndirir. Onu izləyərkən dayana bilmədim, bu üzdən öldürmək istədim, başqasnı yox.. Bunun üçün əlimdən gələni elədim".

***

Pakistan prezidenti Arif Alvi hadisəni şokedici, utancverici adlandırıb: "İmran Xana xain sui-qəsd utancverici, şokedicidir. Allaha şükür edirəm ki, özü güvəndədir, amma ayaqlarına bir neçə güllə dəyib. Ümid edirəm, durumu kritik deyil. Allah ona və bütün yaralılara şəfa versin".

Pakistanın Baş naziri Şahbaz Şərif İ.Xana qarşı sui-qəsd cəhdini pisləyib.

Reyting.az xəbər verir ki, o, bu barədə paylaşım edərək, zorakılığa qarşı olduğunu bəyan edib: “İmran Xanın atəşə tutulması hadisəsini ən sərt sözlərlə qınayıram. Mən daxili işlər nazirinə hadisə ilə bağlı dərhal məlumat verməsini tapşırdım. İmran Xanın və digər yaralıların sağalması üçün dua edirəm”.

Reyting.az






Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}