07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
ÜST: "Koronavirusdan ölüm sayı 90% azalıb"
Tarix: 09-11-2022 23:57 | Bölmə: Dünya
ÜST: "Koronavirusdan ölüm sayı 90% azalıb"

"Fevral ayından indiyədək COVID-19 infeksiyası səbəbindən ölüm sayı 90% azalıb".

"Associated Press" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

ÜST rəhbəri qeyd edib ki, son həftə ərzində 9,4 mindən çox ölüm qeydə alınıb, fevralda isə həftə ərzində ölüm nisbəti 75 min civarında dəyişib.

"Biz uzun bir yol qət etmişik və bu, həqiqətən də nikbinlik üçün səbəbdir. Lakin biz hökumətləri, icmaları və bütün insanları ayıq-sayıq olmağa çağırırıq", - Qebreyesus deyib.

Pandemiyasının başlanğıcından indiyədək dünyada 629 milyon yoluxma, 6,5 milyon ölüm faktı qeydə alınıb/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}