21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ukrayna ordusu daha 12 yaşayış məntəqəsini nəzarətə götürüb
Tarix: 10-11-2022 15:30 | Bölmə: Dünya
Ukrayna ordusu daha 12 yaşayış məntəqəsini nəzarətə götürüb

"Ukrayna Silahlı Qüvvələri ötən sutkada Xerson vilayətində 12 yaşayış məntəqəsini nəzarətə götürüb".

Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib.

Onun sözlərinə görə, Ukrayna müdafiəçiləri 264 kv. km. ərazini işğaldan təmizləyib.

Baş komandan deyib ki, oktyabrın əvvəlindən rəqibin müdafiəsinin 36,5 km dərinliyinə daxil olaraq 41 yaşayış məntəqəsini azad edib. Bu müddət ərzində 1 381 kv. km ərazi də nəzarətə götürülüb.

V.Zalujnı vurğulayıb ki, düşmənin hər bir "xoşməramlı" jestinin arxasında Ukrayna müdafiəçilərinin böyük səyləri dayanır: “Biz Xerson istiqamətində maddi-texniki təminat yollarını, təchizat sistemini məhv etdik, düşmənin komanda-idarə sistemini pozduq. Düşmənin uçuşa əl atmaqdan başqa çarəsi yoxdur”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar.

Rusiya Dövlət Duması və Federasiya Şurasının ratifikasiyasından sonra oktyabrın 5-də V.Putin sazişləri təsdiqləyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər