Ukraynada yaşayış binası raketlə vurulub, ölənlər var
Tarix: 11-11-2022 13:16 | Bölmə: Dünya
Ukraynada yaşayış binası raketlə vurulub, ölənlər var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Nikolayev şəhərinə atdığı raket yaşayış binasına düşüb. Nəticədə 6 nəfər ölüb.

“Unian”ın məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski raket hücumunu terror hadisəsi kimi qiymətləndirib: “Hal-hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Rusiya öz məkrli döyüş taktikasından əl çəkmir. Biz mübarizəmizi davam etdiririk. İşğalçılar Ukraynaya və ukraynalılara qarşı törətdikləri bütün cinayətlərə görə cavab verəcək”.

Xatırladaq ki, səhər saatlarında yaşayış binasına raket düşməsi nəticəsində 4 nəfərin öldüyü bildirib, lakin sonra bu rəqəm 6-ya yüksəlib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}