Polşa ərazisinə raket düşüb, ölənlər var
Tarix: 15-11-2022 22:58 | Bölmə: Dünya
Polşa ərazisinə raket düşüb, ölənlər var

Polşanın Ukrayna ilə sərhədə yaxın ərazisinə raket düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

Bildirilir ki, 2 qanadlı raket Polşa-Ukrayna sərhədi yaxınlığında, Pşevoduv yaşayış məntəqəsindəki fermaya düşüb. Hadisə nəticəsində 2 polşalı fermer həlak olub. Raketlərin mənşəyi məlum deyil.

Hökumətin sözçüsü Pyotr Müller “Tvitter”də baş nazir Moravietskinin Milli Təhlükəsizlik Bürosunun təcili iclasını çağırdığını bildirib.(APA)

Onu da qeyd edək ki, bəzi KİV-lər raketlərin Rusiya tərəfindən atıldığını iddia edirlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}