ABŞ generalı İrəvana gəlib
Tarix: 16-11-2022 12:42 | Bölmə: Dünya
ABŞ generalı İrəvana gəlib

“Səfirlik Birləşmiş Ştatların Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət üzrə direktoru general-mayor Daniel Lasiki İrəvanda qəbul etməkdən məmnundur”.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ generalı noyabrın 16-17-də səfəri çərçivəsində Naməlum Əsgərin məzarı və Erməni Soyqırımı Memorialına əklillər qoyacaq, habelə Ermənistanın müdafiə naziri Suren Papikyan, Baş Qərargah rəisi Edvard Asryan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.

ABŞ-Ermənistan təhlükəsizlik münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə edirlər. O, həmçinin sülhməramlı qüvvələrin “Zar” təlim mərkəzinin yeni kazarma, yeməkxana və konfrans zalının açılış mərasimində iştirak edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}