Ərdoğan: "ABŞ və Rusiya arasında dialoqun qurulmasına töhfə verməyə hazırıq"
Tarix: 17-11-2022 14:30 | Bölmə: Dünya
Ərdoğan: "ABŞ və Rusiya arasında dialoqun qurulmasına töhfə verməyə hazırıq"

“Türkiyə problemlər yaşadığı bəzi ölkələrlə əlaqələri yenidən gözdən keçirə bilər”.

“TRT Haber” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, siyasətdə əbədi düşmənçilik olmaz: “İnşallah, vaxtı çatanda dəyərləndirmələr aparar, münasibətlərimizi yeniləyərik. Xüsusilə iyun ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərindən sonra əlaqələr yenidən qurula bilər"/Report.

Ərdoğan onu da deyib ki, rəsmi Ankara görüşlərin təşkili də daxil olmaqla, ABŞ və Rusiya arasında dialoqun qurulmasına töhfə verməyə hazırdır.

O, yeni dünya müharibəsinin baş verməsinə imkan verməməyə çağırıb: “Məndə olan məlumata görə, nüvə silahından istifadə təşəbbüsü nəzərdən keçirilmir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}