14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rusiya ABŞ-la diplomatik əlaqələri kəsə bilər
Tarix: 17-11-2022 15:44 | Bölmə: Dünya
Rusiya ABŞ-la diplomatik əlaqələri kəsə bilər

“Moskva ABŞ-la diplomatik münasibətləri kəsmək istəmir”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Amma o, diplomatik münasibətlərin kəsilə biləcəyini də istisna etməyib: “Əgər Vaşinqton Moskva ilə əlaqələrə ehtiyac olmadığı qərarına gəlsə, o zaman bu, baş verə bilər”.

S.Ryabkov, həmçinin söyləyib ki, Rusiya və ABŞ-ın START-3 üzrə ikitərəfli məşvərət komissiyasının iclası noyabrın 29-dan dekabrın 6-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək.

O, həmçinin tərəflər arasındakı münasibətlərdən də danışıb: “ABŞ-da Rusiyaya qarşı düşmənlik var. Vaşinqton Moskvanı strateji məğlubiyyətə uğratmaq istəyir”/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}