17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ərdoğan Netanyahu ilə telefonda danışıb
Tarix: 17-11-2022 17:35 | Bölmə: Dünya
Ərdoğan Netanyahu ilə telefonda danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Likud Partiyasının lideri, baş nazirliyə potensial namizəd Benyamin Netanyahu arasında noyabrın 17-də telefon danışığı olub.

İsrail KİV-ləri bildirir ki, danışığın detalları barədə məlumat yayılmayıb.

Qeyd edək ki, noyabrın 1-də İsraildə Knessetə (parlament) növbədənkənar seçkilər keçirilib. Bu siyasi kampaniyada Netanyahunun partiyası qalib gəlib. İsrail Prezidenti İshaq Hersoq hökuməti formalaşdırmaq üçün ona mandat verib. Koalisiya hökumətinin qurulması istiqamətində danışıqlar davam edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}