Qazaxıstanda seçki: Tokayev qalib gəlib - Nazarbayev ilk təbrik edən olub
Tarix: 21-11-2022 10:45 | Bölmə: Dünya
Qazaxıstanda seçki: Tokayev qalib gəlib - Nazarbayev ilk təbrik edən olub

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hazırkı prezident Kasım-Jomart Tokayevi prezident seçkilərində qələbə qazanması münasibətilə ilk təbrik edən olub.

Bu barədə sabiq dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikasında keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Bu qələbə sizin dövlət başçısı kimi yüksək nüfuzunuza dəlalət edir və xalqın apardığınız genişmiqyaslı islahatlar və yeni təşəbbüslərə sarsılmaz inamının danılmaz sübutu, eləcə də dövlətimizin müstəqilliyinin təhlükə altında olduğu kritik saatlarda göstərdiyiniz mətanət, qətiyyət və müdrikliyin etirafıdır. Sizə hər zaman xalqın bütöv dəstəyi və hörmətindən istifadə etməyi arzulayıram”, - N. Nazarbayev bildirib.

O, noyabrın 20-də keçirilən növbədənkənar seçkilərdə Tokayevi qələbəsi münasibətilə açıq şəkildə təbrik edən ilk şəxs olub. Prezidentliyə hazırkı prezident də daxil olmaqla altı namizəd mübarizə aparır.

***

Qazaxıstanda keçirilən prezident seçkisinin ilkin nəticəsinə əsasən, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev 81,31 faizi səs toplayıb.

Reyting.az
xəbər verir ki, bu məlumatı ölkənin Mərkəzi Seçki Komissiyası açıqlayıb.

Bildirilib ki, səsvermə iştirak edən 6 546 392 seçici Kasım-Jomart Tokayevə səs verib.

Dövlət başçısı vəzifəsi uğrunda yarışa qoşulan Karakat Abdenə 206 206 (2,6 faiz), Nurlana Auesbayevaya 176 116 (2,22 faiz), Jiqulu Dayrabayeva 271 641 (3,42 faiz) və Saltanat Tursınbekoya isə 168 731 (2,12 faiz) seçici səs verib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}