İran İraqa raket zərbəsi endirib, ölənlər var
Tarix: 21-11-2022 08:16 | Bölmə: Dünya
İran İraqa raket zərbəsi endirib, ölənlər var

İran silahlı qüvvələri İraqın Kürdüstan əyalətinə növbəti raket zərbəsi endirib.

Reyting.az
xəbər verir ki, bu barədə yerli mənbələrə istinadla INA agentliyi məlumat yayıb.

Zərbələr kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahlarına endirilib.

Bildirilib ki, onlar İranda hökumət əleyhinə etirazlara dəstək verib.

“Shafaq News” portalının məlumatına görə, İran hərbçiləri Bahirka şəhərindəki qaçqın düşərgəsini də atəşə tutub.

Bir neçə nəfər atışma nəticəsində ölüb.

ABŞ-ın Ərbildəki konsulluğu raket hücumuna görə həyəcan siqnalı verib.(APA)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}