Suriyadan Türkiyə ərazisinə raket atılıb: ölən və yaralananlar var
Tarix: 21-11-2022 13:51 | Bölmə: Dünya
Suriyadan Türkiyə ərazisinə raket atılıb:  ölən və yaralananlar var

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 5 raket atıb.

Reyting.az
xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib ki, raketlərdən biri məktəbə düşüb.

Nəticədə bir şagird və müəllim hadisə yerində həlak olub: "Yaralılardan biri isə xəstəxanada dünyasını dəyişib, digərlərinin müalicəsi isə davam edir".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}