21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
“Avropa siyasi birliyi”nin növbəti forumu Moldovada keçiriləcək
Tarix: 22-11-2022 00:08 | Bölmə: Dünya
“Avropa siyasi birliyi”nin növbəti forumu Moldovada keçiriləcək

“Avropa siyasi birliyi”nin ikinci forumu 2023-cü ilin iyununda Moldovada keçiriləcək.

TASS xəbər verir ki, bu barədə bazar ertəsi Fransa Xarici İşlər Nazirliyi Moldovaya dəstək məqsədilə Parisdə keçirilən donor konfransının yekunlarına dair kommünikesində məlumat verib.

"Paris toplantısının iştirakçıları Moldovanın 2023-cü ilin iyununda “Avropa siyasi birliyi”nin növbəti forumunu təşkil etmək qərarını alqışlayıblar. Bu forum Avropanın siyasi və strateji gələcəyinin müzakirəsində mühüm mərhələyə çevirməyə çağırır", - rəsmi məlumatda deyilir.

Bəyanatda Moldova hakimiyyətinin Avropa İttifaqına daxil olmağa hazırlaşmaq üçün apardığı islahatlara dəstək ifadə edilir.

Paris görüşünün iştirakçıları qış mövsümü ərəfəsində respublikaya enerji sahəsində yardım göstərməyə hazır olduqlarını bəyan ediblər.

Almaniya, Rumıniya və Fransa yazda müxtəlif böhranlardan çıxmaq üçün Moldovaya ianə toplamaq təşəbbüsü ilə çıxış ediblər. Bu, təşəbbüs çərçivəsində üçüncü görüşdür//Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər