Çində koronavirusa yoluxma yenidən artır
Tarix: 23-11-2022 09:06 | Bölmə: Dünya
Çində koronavirusa yoluxma yenidən artır

Çində koronavirusa yoluxanların sayı yenidən artır.

TASS Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatlarına istinadla bildirir ki, son 24 saat ərzində səlahiyyətlilər 29 157 yeni yoluxma qeydə alıb.

Məlumata görə, Çində infeksiyaların maksimum artımı aprelin 14-də (29 411 hadisə) qeydə alınıb.

Rəsmi məlumatlarda bildirilir ki, ölkədə ixtisaslaşmış tibb müəssisələrində müalicə olunan yoluxmuş şəxslərin 90 faizdən çoxu heç bir əlaməti olmayan virus daşıyıcılarıdır. Yanvarın sonunda bu göstərici 20 faizə yaxın olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}