Britaniya Ukraynaya “Sea King” döyüş helikopteri verib
Tarix: 23-11-2022 11:32 | Bölmə: Dünya
Britaniya Ukraynaya “Sea King” döyüş helikopteri verib

Böyük Britaniya Ukraynaya “Sea King” döyüş helikopteri verib.

BBC bildirir ki, bunu Britaniyanın müdafiə naziri Ben Yolles deyib.

Onun sözlərinə görə, 1 helikopter artıq Ukraynaya çatıb. Daha 2 helikopter yaxın vaxtlarda Ukraynada olacaq.

Nazir həmçinin söyləyib ki, Britaniya Ukraynaya 10 min artilleriya mərmisi verəcək: “Sursatlar Ukrayna Silahlı Qüvvələrinə bu yaxınlarda azad edilmiş ərazini qorumaqda kömək edəcək”.

Xatırladaq ki, Britaniyanın yeni Baş naziri Rişi Sunak Kiyevə səfəri zamanı Ukraynaya yeni hərbi yardım paketini açıqlamışdı/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}